Qırmızı.az
Azərbaycanda bəzi yeyinti mallarının satışına qadağa qoyuldu
Azərbaycanda təkrarən dondurulmuş yeyinti mallarının satışı qadağan edilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, bu, "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda nəzərdə tutulub.
Həmin qaydalara
əsasən, iribuynuzlu və xırdabuynuzlu heyvan cəmdəyi ictimai iaşə
obyektinə müvafiq baytarlıq şəhadətnamələri ilə müəyyən edilən
hallar istisna olmaqla, cəmdək, yarımcəmdək və cəmdəyin dörddə bir
hissəsi (şaqqaları) formasında qəbul
edilir.
Azərbaycanda
kəsilmiş heyvan cəmdəklərinin sümükdən ayrılmış formada ətinin
ictimai iaşə obyektlərinə qəbul edilməsi qadağan
olunub.
Qaydalara
əsasən, istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal
yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb
verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər
arasında razılaşdırılmış müddətdə
dəyişdirilməlidir.
İstehlakçının
malı dəyişdirmək tələbi mal olmadıqda, müvafiq ərizənin verildiyi
andan iki ay müddətində ödənilməlidir.
Qaydalarda
göstərilir ki, Azərbaycan ərazisində istehsal edilən, habelə ixrac
edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq
xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan
Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər
və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri
başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də
müşayiət olunmalıdır.
Qaydalarda o da
qeyd edilir ki, ticarət obyektinin qarşısında, ətrafında malların
(işlərin, xidmətlərin) nümunələrinin nümayiş etdirilməsinə
(qoyulmasına), satışına, xidmətlərin göstərilməsinə yol
verilmir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu