Qırmızı.az
Bakıda 288 yeni duracağın yaradılması planlaşdırılır
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) paytaxtda avtomobillərin küçələrdə parklanması üçün 288 müvəqqəti duracaq yerinin yaradılması barədə təklif göndərib.
Bunu Trend-ə açıqlamasında NİİM-in İctimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə, NİİM tərəfindən aparılan
araşdırmalar göstərir ki, Bakıda qanunsuz parkinqlərin sayı
həddindən artıq çoxdur: "Məsələn, araşdırma aparılarkən 2012-ci
ildə 3050 qanunsuz avtomobil parkinqi qeydə alınmışdırsa, 2013-cü
ildə onların sayı 8 minə çatıb. Qanunsuz parkinqlərə daha çox isə
Üzeyir Hacıbəyov, Bülbül və Zərifə Əliyeva küçələrində rast gəlmək
olur".
NNİM-in sözçüsünün fikrincə, Bakı Şəhər İcra
Hakimiyyətinin yol kənarlarında avtomobil saxlanılmasına qoyduğu
qadağanı icra etmək isə heç də asan olmayacaq. Çünki hələki yerüstü
qanuni parkinqlər yoxdur. Vəziyyətdən çıxış yolunu isə NİİM müasir
intellektual parkinqlər yaradılana qədər müvəqqəti parkinqlərin
yaradılmasında görür: " Mərkəz 2 il müddətində 185 nöqtədə apardığı
araşdırmaların əsasında paytaxtda küçə parklanması üçün 288
müvəqqəti duracaq yeri təklif edir. Hazırda bununla bağlı NİİM və
BŞİH arasında müzakirələr aparılır".
Ş.Məhmanqızı qeyd edib ki, NİİM-in işinin bir
hissəsi də qanunsuz parklanmaya nəzarət etməkdən ibarətdir.
Mərkəzin bütün texniki avadanlıq və kameraları, NİİM-in
dayanacaqlarda avtobus-informasiya terminalları, DİN-in ümumi
sistemə inteqrasiya olunmuş müşahidə kameraları, eləcə də
sürücülərin baza məlumatları ona imkan verir ki, parklanma işlərinə
nəzarəti tam həyata keçirə bilsin.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 13-də
Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında Bakının küçə və prospektlərindəki qanunsuz parkinq
məsələsi ilə bağlı iradını bildirib. Dövlət başçısının iradından
sonra aprelin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov 17-də paytaxtın küçə və prospektlərində yol kənarında
avtomobillərin qanunsuz saxlanılmasına qarşı tədbirlər görülməsi
barədə sərəncam imzalayıb.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."