Hesablama Palatasının Naxçıvan auditi nələr üzə çıxarıb?
Bizi izləyin

Qırmızı.az

Hesablama Palatasının Naxçıvan auditi nələr üzə çıxarıb?

Hesablama Palatasının Naxçıvan auditi nələr üzə çıxarıb?

Hesablama Palatası 2013-cü ildə Naxçıvanda 8 müəssisə, idarə və təşkilatda audit yoxlamaları həyata keçirib.

“Media forum” saytı Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabatına istinadla xəbər verir ki, audit nəticəsində ortaya çıxan faktlar yalnız əməkhaqqının və ezamiyyə xərclərinin artıq ödənildiyi olub. Audit 4 təşkilatda 36 nəfərə tarif səhvinə görə 6280 manat əməkhaqqı verildiyini, 2 nəfərə 4748 manat qanunsuz əməkhaqqı, 2 nəfərə isə 46 manat ezamiyyə xərcinin artıq ödəndiyini müəyyən edib.

Həmçinin təhtəlhesab şəxslərdən 1320 manatlıq vəsaitin xərclənməsini təsdiq edən sənədlər olmadan silinməsi müəyyən edilib.

Hesabatda qeyd edilir ki, görülmüş tədbirlər nəticəsində 11028 manat əməkhaqqı və 46 manat ezamiyyə xərci büdcəyə bərpa edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm