General Beydullayev istintaqa çağırılmasından DANIŞDI - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

General Beydullayev istintaqa çağırılmasından DANIŞDI - ÖZƏL

General Beydullayev istintaqa çağırılmasından DANIŞDI - ÖZƏL

Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının sabiq rəisi, general-mayor Məmməd Beydullayev istintaqa çağırılması barədə yayılan məlumatlara münasibət bildirib.

Sabiq rəis M.Beydullayev Publika.az-a açıqlamasında deyib: “Mən bu cür yazıların heç birini oxumuram və reaksiya da vermək istəmirəm. Təbii ki, mənim barəmdə yazılanlar yalandır”.

General-mayor M.Beydullayev “İstintaqa çağırılmısınız?” sualına isə cavab verməyib: “Mən indi başqa yerdəyəm, danışa bilmirəm”.

Xatırladaq ki, ötən gün Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov həbs edilib. Onun barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev və hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov, HDQ-in Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev həbs olunub.

Hərbi birləşmənin Mənzil İstismar Sahəsinin rəisi, Elxan Hacıyevin oğlu Rövzat Hacıyev isə işdən çıxarılaraq, istintaqa cəlb ediliblər. Bu hərbçilər də vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunurlar.

Yayılan məlumatlara görə, ötən gün həmçinin general-mayor Məmməd Beydullayev də istintaqa cəlb edilənlər sırasında yer alıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm