DİN-dən baş redaktorun ölümü ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

DİN-dən baş redaktorun ölümü ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi baş redaktorun ölümü ilə bağlı məlumat yayıb.



Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, aprelin 26-da saat 09 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsinin ərazisində Bakı şəhər sakini Natiq Mehdiyevə məxsus evdə yanğın baş verib.



Nəticədə 70 kv/m sahədə yanar konstruksiyalar və əşyalar yanıb. Yanğın kəşfiyyatı zamanı evdə müvəqqəti yaşayan “Mizan Tərəzi” qəzetinin baş redaktoru, Ağdam rayon sakini Sadiq Soltanovun yanmış meyiti tapılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm