ƏƏSMN 13 300 nəfərə sosial-məişət xidməti göstərir
Bizi izləyin

Qırmızı.az

ƏƏSMN 13 300 nəfərə sosial-məişət xidməti göstərir

ƏƏSMN-nin sosial işçiləri tərəfindən 13 300 nəfərdən çox tənha ahıl və əlil vətəndaşa sosial-məişət xidməti göstərilir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri tərəfindən hazırda 13 331 nəfər tənha ahıl və əlil vətəndaşa evlərində sosial-məişət xidməti göstərilir. Onlardan 8245 nəfəri şəhər və qəsəbələrdə, 5086 nəfəri isə kənd yerlərində yaşayır. Xidmətlə təmin olunanların böyük əksəriyyəti 70 yaşdan yuxarı olanlardır. Şəhər və şəhər tipli qəsəbələrdə, rayon mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət göstərir. Sosial işçilər həftədə ən azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə xidmət göstərirlər.

Evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan 70 yaşına çatmış tənha ahıl vətəndaşlar, həmçinin I qrup əlillər, başqasının köməyinə ehtiyacı olan II qrup əlillər yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadığı halda xidmətə götürülürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm