"İctimai nəqliyyat uşaqlar üçün təhlükəlidir"
Bizi izləyin

Qırmızı.az

"İctimai nəqliyyat uşaqlar üçün təhlükəlidir"

"İctimai nəqliyyatda konfort şərait yoxdur. Müəyyən yaş dövrünə kimi uşaqların ictimai nəqliyyatandan kor-koranə, yəni valideynsiz istifadəsi qadağan olunmalıdır".

Bunu Publika.az-a Nəqliyyatçıların Hüquq Problemlərinin Həllinə Yardım İctimai Birliyinin sədri Məzahir Rüstəmov bildirib.

Məzahir Rüstəmov əlavə edib ki, məktəbli uşaqlar üçün ictimai nəqliyyat - xüsusi ilə də avtobuslar çox təhlükəlidir.

"Sovet dövründə uşaqlar üçün nəinki avtobuslarda, metroda da yerlər ayrılırdı. Hətta yazılırdı ki, bu sıra uşaqlı qadınlar, uşaqlar, qocalar üçündür. Təəssüf hissi ilə qeyd edirəm ki, bu gün bizim ictimai nəqliyyatda konfort şərait yoxdur".

Qeyd edək ki, avtobusların ön və arxasında yerləşən, digərlərindən daha hündür olan oturacaqlar uşaqlar üçün nəzərdə tutulub.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm