Bakı metrosunda qəribə cinayət
Bizi izləyin

Qırmızı.az

Bakı metrosunda qəribə cinayət

21 yaşlı Səxavət Şəfiyev Nizami rayonu, Qara Qarayev prospektində, quldurluq etdiyi üçün saxlanılıb.

O, metronun “Neftçilər” stansiyasının yaxınlığında özündən yaşca kiçik olan Hüseyn Bağırova hədə-qorxu gələrək onun bir ədəd mobil telefonunu ələ keçirib.



Səxavət və zərərçəkən şəxs metroya daxil olan zaman tanış olublar. Hüseyn Bağırovun metrodan istifadə etmək üçün gediş kartı olmadığından onu içəri keçirməsi üçün Səxavətdən xahiş edib. Elə bütün hadisələr də bundan sonra cərəyan etməyə başlayıb.



Saxlanılan şəxs Səxavət Şəfiyev bildirib ki, Hüseyn Bağırovu şüşə parçası ilə qorxudub.



Maraqlı burasındadır ki, Səxavət telefonu götürəndən sonra zərərçəkənin xahişini yerinə yetirib. Yəni onu, metrodan keçirərək getdiyi yerə qədər yola salıb.


Hüseynin şəxsi nömrəsini də özünə qaytaran Səxavət Şəfiyev zərərçəkənin şikayəti əsasında Nizami Rayon Polis İdarəsi və 25-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edib.



Polislərə Səxavəti tutmaqda onun metropoliten ərazisində düşdüyü təhlükəsizlik kameralarındakı görüntülərin də köməyi dəyib. Hadisə ilə bağlı saxlanılan şəxs barəsində Cinayət Məcələsinin quldurluq maddəsilə cinayət işi başlanılıb. Etdiyi cinayəti etiraf edən Səxavət Şəfiyevin əməli sübuta yetirilsə, onu uzunmüddətli həbsxana həyatı gözləyəcək. /Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm