Qırmızı.az
İş axtaranların nəzərinə: yeni müsabiqə elan olundu
Vergilər Nazirliyi dövlət vergi orqanlarında işləmək istəyən Azərbaycan vətəndaşları üçün müsabiqə elan edib.
Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 5-18 may 2014-cü il tarixlərdə həyata keçirilir. İştirak etmək istəyənlər göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə kod verilir. Sənədlər qəbul edildikdən üç iş günü ərzində namizəd verilmiş kod əsasında ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.
Sənədləri qəbul edilən namizədlər 30 may - 2 iyun 2014-cü il tarixlərdə imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi, 16) götürməlidirlər. Müsabiqənin test imtahanının 3 iyun 2014-cü il tarixdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi yerdə keçirilməsi nəzərdə tutulur.
"Elektron ərizə" formasını doldurmazdan qabaq namizədlər "Sənədlərinin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi" qaydaları ilə tanış olmalı, yalnız bu qaydalarla razı olduqları halda qeydiyyatdan keçməlidirlər. Elektron poçtu olan namizədlərin poçt ünvanına qeyd olunan qaydalar və digər məlumatlar göndərilir.
Müsabiqəyə 4, 5, 6, 8, 10, 11, 13 və 14 saylı ərazi vergi orqanları və Kəlbəcər rayonu Vergilər şöbəsi üzrə 17 vakant iş yeri çıxarılıb və müsabiqədə iştirak etmək istəyən vətəndaşlar bu vakant yerlərdən yalnız birinə qəbul olunmaq üçün ərizə ilə müraciət edə bilərlər.
Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizəd ərizəsində göstərdiyi vakant yer üzrə vəzifədən imtina etdikdə, Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılır. Müsabiqəyə qədər iş yerlərinin sayı dəyişə bilər.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ