Masallıda ev oğrusu tutuldu
Bizi izləyin

Qırmızı.az

Masallıda ev oğrusu tutuldu

Masallı rayonunda mənzil qarət edən şəxs yaxalanıb.

Masallı rayonunda mənzil qarət edən şəxs yaxalanıb.

Masallı şəhər sakini, 1947-ci il təvəllüdlü Yaşar Şirinovun evinə basqın olub. Evə girən şəxs 300 ABŞ dolları və 50 manat məbləğində pulu oğurlayıb.

Şikayət əsasında rayon polis şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb. Keçirilən əməliyyat zamanı oğurluqda şübhəli bilinən 1996-cı il təvəllüdlü İzzət Əhmədzadə yaxalanıb. Onu istintaq orqanlarına təhvil veriblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm