Qırmızı.az
Sabirabad sakinləri pulsuz müayinə olunub
Deputatın təşəbbüsü ilə rayonda xeyriyyə aksiyası keçirilib.
Mayın 2-3-də Milli Məclisin 65 saylı dairəsindən seçilmiş deputatı, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabad rayonunda xeyriyyə aksiyası keçirilib. Aksiya çərçivəsində rayonun bir neçə kəndinin sakinləri Sabirabada ezam olunmuş həkim briqadası tərəfindən pulsuz müayinədən keçiriliblər.
Tibb işçiləri Sabirabadın Qasımbəyli kəndində əhalini pulsuz müayinə ediblər. Bu xeyriyyə aksiyasına qatılanlar arasında rayonun digər kəndlərinin də sakinləri olub. Müayinələrdən sonra səhhətində problem olan bəzi sakinlər müalicə olunmaq üçün Bakıya göndərilib.
Xeyriyyə aksiyasında ATU-nun mütəxəssisləri - dos. Ələkbər Həsənov (uşaq xəstəlikləri), ass. Fikrət Zeynalov (daxili xəstəliklər), ass. Tahir Şərifov (III daxili xəstəliklər), ass. Nuran Əmənullayev (nevrologiya), ass. Ramiz Quliyev (terapevt), ass. Qabil Zülfiyev (oftalmoloq), ass. Venera Hüseynova (ginekoloq), Həqiqət Vəliyeva (baş laborant), Cəlalə Axundova (USM üzrə mütəxəssis) iştirak ediblər.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi