Qırmızı.az
“İstəmirəm, vəssalam...”- Tağı Əhmədov (YENİLƏNİB)
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov bu gün mətbuatda barəsində yayılan məlumatlara cavab verib.
Bu iddialara aydınlıq gətirmək üçün "Yeni Müsavat" T.Əhmədovla əlaqə saxlayıb. Keçmiş rəis “Yeni Müsavat”a lakonik şəkildə “Bu barədə heç nə bilmək istəmirəm, vəssalam” deyərək telefonu qapadıb.
12:57
“Tağı müəllim öz işini normal görsəydi, işdən çıxarılmazdı”.
Bu sözləri “Axar.az”a danışan Metropolitenin sözçüsü Nəsimi Paşayev Tağı Əhmədovla bağlı yayılan korrupsiya hallarından danışarkən deyib.
Lakin N.Paşayev bildirib ki, deyilənlər açıq-aydın şişirdilib:
“Metropolitenin nə qədər işçisi var ki, min nəfər də əlavə olaraq yazılsın? Əslində bizim burda hər hansı bir açıqlama verməyimizə ehtiyac yoxdur. Tağı müəllim öz işini normal görsəydi, işdən çıxarılmazdı. Təbii ki, nöqsanlar var. Amma Metropoliten rəhbərliyinin bu barədə hər hansı açıqlama verməsindən xəbərim yoxdur”.
Xatırladaq ki, Bakı Metropolitenin yeni rəisi Zaur Hüseynov sələfi Tağı Əhmədovu keçirdiyi iclasda ağır ittiham edib. O, T.Əhmədovun dövründə ciddi nöqsanların olduğunu bildirib. Yeni rəisin sözlərinə görə, mindən çox “ölü can”a qeyri-qanuni maaş yazılıb. Hətta bu adamların içində doğurdan da həyatını itirmiş şəxslər var.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi