Evdə 73 yaşlı qadının meyidi tapıldı
Bizi izləyin

Qırmızı.az

Evdə 73 yaşlı qadının meyidi tapıldı

Mənzildə 73 yaşlı ölü qadın tapıldı

Nəsimi rayonunda 1941-ci il təvəllüdlü Rüstəmova Rəfiqə Tərlan qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Publika.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə binanın damından enərək daxil olmuş və giriş qapısını açıb.

Mənzilə baxış keçirilərkən vətəndaş yataq otağında hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerində çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində 1941-ci il təvəllüdlü Rüstəmova Rəfiqə Tərlan qızının vəfat etdiyi müəyyən olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm