Gülər Əhmədova YAP-ın tədbirinə dəvət olunmadı
Bizi izləyin

Qırmızı.az

Gülər Əhmədova YAP-ın tədbirinə dəvət olunmadı

Gülər Əhmədova YAP-ın tədbirinə dəvət olunmadı

Bu gün səhər hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildöünümü ilə əlaqədar Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.

Publika.az-ın məlumatına görə, ziyarətçilər arasında Azərbaycan Respublikası Baş nazirinin müavinləri, YAP-ın Sədr müavini - icra katibi Əli Əhmədov, İcra katibinin müavinləri, millət vəkilləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin vitse-spikerləri Ziyafət Əsgərov, Bahar Muradova, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və digər rəsmi şəxslər olub.

Mərhum prezidentin məzarı üstünə əklil və gül çiçəklər düzülüb.

Sonra qonaqlar oftomoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra “JW Marriott Absheron” otelində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir öz işinə başlayıb.

Hazırda konfrans çıxışlarla davam edir.

Qeyd edək ki, bu günlərdə şərti azadlığa buraxılan Milli Məclisin sabiq deputatı Gülər Əhmədova tədbirə dəvət olunmayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm