Vəhabilərin təşkilatı Abutalıbovu məhkəməyə verdi
Bizi izləyin

Qırmızı.az

Vəhabilərin təşkilatı Abutalıbovu məhkəməyə verdi

Vəhabilərin təşkilatı Abutalıbovu məhkəməyə verdi

Küveytin Asiya Müsəlmanları Komitəsinin Azərbaycandakı nümayəndəliyi Bakı Şəhər İcra Hakimiyyəti və Nəsimi rayon İcra Hakimiyyətini məhkəməyə verib.


Bu barədə 1 saylı İqtisad Məhkəməsindən AzVision.az-a məlumat verilib. Bildirilib ki, qurum icra hakimiyyətlərindən kompensassiya tələb edir.


Hakim Elçin Məmmədovun sədrliyi ilə keçən məhkəmənin ilk iclası aprelin 29-də olub.


Məsələ ilə bağlı “Asiya Müsəlmanları Komitəsi”nin Azərbaycandakı nümayəndəliyi ilə əlaqə saxlamaq istəsək də, sualımıza cavab verən olmadı.


Qeyd edək ki, “Asiya Müsəlmanları Komitəsi”nin Bakı ofisi vahhabiliyin əsas təbliğatçıları və himayədarlarından sayılır. Komitənin prezidenti Adel əl-Fələhdır və o hal-hazırda Küveyt dövlətində yaşayır. O bir neçə dəfə də Azərbaycana gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm