Hər zaman və hər kəsə sərf edən operator (R)
Bizi izləyin

Qırmızı.az

Hər zaman və hər kəsə sərf edən operator (R)

Hər zaman və hər kəsə sərf edən operator

Müştəriləri ilə dürüst davranan Azercell-də yalnız danışdığın saniyələrə görə ödəyirsən.

Azərbaycanda mobil operator seçimi ilə bağlı qıtlıq yoxdur. Hər bir şirkət müxtəlif tariflər təqdim edir və təbii olaraq, xidmətlərini tərifləyir. Lakin bəzən təmtəraqlı reklamlara aldanıb yeni xəttə və tarifə keçən abunəçilər sonradan çox peşman olurlar. Niyə? Çünki reallıqda heç də hər şey reklamdakı kimi olmur. Ya tarif deyildiyindən baha başa gəlir, ya da əlavə hansısa xidmət haqqı tutulur.

Azercell ilə bağlı durum isə tam fərqlidir. Mübaliğəsiz qeyd etmək olar ki, Azərbaycanda ən keyfiyyətli rabitə təqdim edən operator, həm də müştərilərinə qarşı ən doğru davrananıdır.

Dürüstlük

Azercell-in təqdim etdiyi tariflərin üstünlükləri çoxdur. Ən əsası isə burada heç kimi aldatmırlar. Elə operatorlar var ki, “Bütün günü pulsuz” danışığa imkan verən tariflər təqdim edir. Təəssüf ki, bu cür tariflərdə gün ərzində heç kimlə danışmasan belə, balansdan müəyyən miqdarda pul tutulur. Azercell-də isə belə deyil. Tarifdən asılı olmayaraq abonent gün ərzində danışmasa, heç vaxt onun balansından 1 qəpik belə tutulmur. Azercell-də müştəri yalnız danışdığı dəqiqələrin pulunu ödəyir, özü də saniyəsinə qədər. Çünki bu operatorun təqdim etdiyi bütün tariflərdə danışıq saniyə hesabı aparılır.

Beynəlxalq zənglərdə - saniyə hesabı ölçmə

Bu, xüsusilə də beynəlxalq zənglərdə öz üstünlüyünü göstərir. Axı, digər operatorlarda danışıq müddətindən asılı olmayaraq balansdan minimum məbləğ çıxılır. Məsələn, 3 saniyə danışsan belə ən azı 30 saniyənin pulunu ödəməli olursan. Bu məqamda da Azercell fərqliliyi özünü göstərir. Bu xidmət zamanı da Azercell-lilər yalnız saniyə hesabı danışıq haqqını ödəyirlər.

Yalnız danışdığının pulunu ödəyirsən

Bəzi operatorlarda bir saata görə yalnız 7 qəpik ödəməyə imkan verən tarif reklam olunur. İlk baxışdan bu, çox cəlbedici görünsə də, abunəçiləri narazı salan məqamlar da az deyil. Məsələn, burada danışıq müddətindən asılı olmayaraq istənilən halda həmin 7 qəpik balansdan çıxılır. Əgər müştəri 10 saniyə işlətsə belə, yenə də 1 saat danışığın pulunu ödəməli olur. Bu isə sonradan bəzi anlışılmazlıqlara, abunəçinin öz operatorundan narazı qalmasına yol açır.

Bütün bunlarla yanaşı, Azercell bu yaxınlarda çox unikal fərdi paket sistemini də abunəçilərin ixtiyarına verib. Belə ki, hər bir SimSim müştərisi ay ərzində istifadə edəcəyi SMS, MMS miqdarını və İnternet həcmini özləri müəyyənləşdirir və xidməti sifariş verir. Bu da hər bir abunəçinin daha çox qənaət etməsinə imkan yaradır.

Bir sözlə, hər zaman və hər yerdə Azerell-lə danışmaq sərf edir. Çünki fərq hər zaman hiss olunur. Şirkətin tətbiq etdiyi yeniliklər abunəçilərin maksimum məmnunluğuna və şəffaflığın təminatına yönəlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm