BANM-da Heydər Əliyevin 91-ci ildönümü qeyd edilib
Bizi izləyin

Qırmızı.az

BANM-da Heydər Əliyevin 91-ci ildönümü qeyd edilib

Bakı Ali Neft Məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Ali Məktəbin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rektor Elmar Qasımov ulu öndər Heydər Əliyevin 1969-cu ildən 2003-cü ilə kimi müddətdə Respublikamızın inkişafına dəyərli töhfələr verdiyini, onun müstəqil Azərbaycanın qurucusu, ölkənin aparıcı qüvvəsi olan Yeni Azərbaycayıb, Azərbaycanın indiki inkişafının məhz Heydər Əliyevin irəli sürdüyü və ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının uğurları hesabına mümkün olduğunu qeyd edib, gəncləri Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşərək dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət etməyə çağırıb.

Yeni Azərbaycan Partiyasının İcraçı Katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Heydər Əliyev fenomeninin Azərbaycan, keçmiş Sovetlər İttifaqı və dünya miqyasında qəbul edildiyini qeyd edib, 1969-1983-cü illərdə ulu öndərin rəhbərliyi altında Azərbaycan Respublikasının iqtisadi inkişafında böyük uğurlar əldə etdiyi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Sovetlər İttifaqının rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyinə qarşı həmişə cəsarətlə etiraz səsini ucaltdığı, xalqın ağır günlərində 1993-cü ildə yenidən hakimiyyətə gələrək Azərbaycanın parçalanmasının qarşısını aldığı, Yeni Azərbaycan Partiyasının rəhbəri kimi uzun perspektivdə ölkənin strateji inkişaf yolunu müəyyən etdiyi, Azərbaycanın haqq sözünün dünyaya çatdırılmasında, ölkənin dünya siyasətində və iqtisadiyyatında rolunun ildən ilə artmasında müstəsna rolu olduğu haqqında danışıb. O, bugünki Azərbaycanın təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb, bu əfsanəvi şəxsiyyətin dünya siyasətçiləri sırasında özünə məxsus yer tutduğunu və Azərbaycan xalqının ulu öndərin xatırəsinə həmişə xüsusi ehtiram bəslədiyini qeyd edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm