Səməd Vurğun küçəsində yol bağlanacaq - FOTO
Bizi izləyin

Qırmızı.az

Səməd Vurğun küçəsində yol bağlanacaq - FOTO

Bu gecə paytaxtın Səməd Vurğun küçəsindəki yol bağlanacaq.



Anspress-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, məhdudiyyət yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədardır. Bu gün saat 22:00-dan etibarən, Səməd Vurğun küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.


Sürücülərə alternativ olaraq Rəşid Behbudov küçəsi, Bülbül və Azadlıq prospektlərindən istifadə etmələri tövsiyə olunur.



Yolda təmir işləri “Azəryolservis” ASC tərəfindən aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm