Dəhşət: Uşağı zibilliyə atdılar (FOTO) (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Dəhşət: Uşağı zibilliyə atdılar (FOTO) (YENİLƏNİB)

Dəhşət: Uşağı zibilliyə atdılar (FOTO)

Horadiz qəsəbəsində Diaqnostika Mərkəzinin yaxınlığındakı zibil qutusunda tapılan uşağın sahibi bəlli olub. Füzuli rayon prokuroru Rəfael Zeynalovun ANS PRESS-ə verdiyi məlumata görə, körpənin anası 1987-ci il təvəllüdlü Gülnaz Bəylər qızı Azayeva, atası isə Səxavət Azayev olub.


Gənc ailə Horadizə Beyləqan rayonunun Daşburun qəsəbəsindən gəliblər. Qadın sancı ilə adıçəkilən xəstəxanaya müraciət edib. Burada USM müayinəsindən sonra uşağın ana bətnində öldüyü bildirilib. Döl ana bətnindən çıxarılaraq valideynlərinə təhvil verilib.

İlkin ehtimala görə, yenidoğulan uşağın meyitini də məhz valdeynləri atıblar.


"Artıq cəsəd müayinə edilib və ailəsinə təhvil verilib. Onun üzərində zorakılıq əlamətləri olmayıb".


Faktla bağlı Fizuli Rayon Prokurorluğunda araşdırma aparılır.

16:23

Füzuli rayonunda çəkildiyi iddia edilən və sosial şəbəkələrdə yayılan bir foto insanları dəhşətə salıb.


ANS PRESS-in məlumatına görə, fotoda yeni doğulan körpənin cəsədinin zibil qutusuna atılması əks edilib.


Məlumata görə, bu günlәrdә Füzuli rayon Horadiz xәstәxanasında ölü doğulan uşağı hәkimlәr yaxındaki zibil qutusuna atıblar. Polislәr hadisə ilə bağlı uşağın atasına zəng ediblər. Atası isə onlara "gedin özünüz onu basdırın. Mәnim başqa işlәrim var", deyə cavab verib.


Məsələni diqqətdə saxlayırıq.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm