Qırmızı.az
Leyla Əliyeva yeni layihəyə başladı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA (Ətraf Mühitin Mühafizəsi
Naminə Beynəlxaq Dialoq) İctimai Birliyi ilə "Panthera"-vəhşi
pişiklərin mühafizəsi üzrə dünyanın nüfuzlu təşkilatı arasında
gələcək əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu
imzalanıb.
AzVision.az-ın verdiyi məlumata görə, IDEA İctimai
Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və "Panthera"
təşkilatının sədri Tomas S.Kaplan tərəfindən imzalanan memoranduma
əsasən, Azərbaycanda bəbirlərin yaşayış vəziyyətinin
qiymətləndirilməsi və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş bu
populyasiyanım mühafizəsi ilə bağlı planın hazırlanması nəzərdə
tutulub.
"Panthera" təşkilatı, həmçinin Azərbaycan
alimlərinə Qafqaz bəbirinin qorunması istiqamətində tədqiqat və
mühafizə metodologiyasının hazırlanmasına yardım
göstərəcək.
IDEA-nın təsisçisi Leyla Əliyeva bildirib: "Biz
çox şadıq ki, vəhşi pişiklərin qorunması üzrə dünyanın aparıcı
təşkilatı olan "Panthera" ilə strateji əməkdaşlıq haqda müqavilə
bağladıq. "Panthera" Azərbaycanın təbii irsinin simvollarından olan
Qafqaz bəbirləri və onların ekosisteminin qorunması ilə bağlı
həyata keçirdiyimiz proqramla bağlı təcrübəyə
malikdir".
Tomas S. Kaplan Azərbaycanın bəbir
populyasiyasının qorunması və sayının artırılması istiqamətində
təşəbbüsünü dəstəklədiyini bildirib: "Bu həftə dünya üzrə
bəbirlərin qorunması ilə bağlı ilk proqrama - "Pardus" layihəsinə
start verilib. Bu istiqamətdə artıq IDEA ilə birgə fəaliyyətə
başlamağımız da təqdirəlayiqdir".
Qeyd edək ki, "Panthera" ilə beynəlxalq əməkdaşlıq
çərçivəsində ilk addım kimi Azərbaycan bəbirlərinin yaşayış
yerlərini və saylarını müəyyənləşdirmək üçün təşkilat tərəfindən 20
müşahidə kamerası IDEA İctimai Birliyinə təqdim
edilib.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (İUCN)
nəsli kəsilməkdə olan heyvan növlərinə aid etdiyi Qafqaz bəbirinin
sayı Yaxın Şərq və Asiyada 1000-dən az, Qafqaz regionun cənubi-qərb
hissəsində, Azərbaycanla İran sərhədində isə 25-dəkdir.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO