562 nəfər işçi ilə işəgötürən arasında əmək münasibətləri leqallaşdırılıb
Bizi izləyin

Qırmızı.az

562 nəfər işçi ilə işəgötürən arasında əmək münasibətləri leqallaşdırılıb

10 946 manat gecikdirilmiş sosial xarakterli ödəmələrin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi də təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, cari ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı 562 nəfər işçi ilə işəgötürən arasında əmək müqavilələrinin bağlanılmasını təmin edib.

Eyni zamanda, işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 28 kollektiv müqavilə bağlanılıb. Qeyd olunan müddətdə ümumilikdə 10 946 manat gecikdirilmiş sosial xarakterli ödəmələrin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi də təmin olunub. Bu məbləğin 9129 manatını əmək haqları, 612 manatını zərərə görə ödənclər, 1205 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm