Gəncədə YAP gəncləri fəallarla görüşüb
Bizi izləyin

Qırmızı.az

Gəncədə YAP gəncləri fəallarla görüşüb

Bu gün Gəncə şəhəri 44 saylı lisey- məktəb kompleksində YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevin və təşkilatın məsul işçilərinin iştirakı ilə məktəbin ərazi ilk partiya təşkilatının fəalları ilə görüş keçirilib.

Məktəbin direktoru Knyaz Süleymanov qonaqları salamlayaraq bildirib ki, Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi partiyasıdır. Bu partiyanın sıralarına qəbul olunan hər kəs ulu öndər Heydər Əliyevin ideyalarına sadiq, müstəqil Azərbaycanın sağlam düşüncəli, saf əqidəli insanlarıdır. Ərazi ilk partiya təşkilatının sədri Səbahət Xəlilova, fəal pedaqoq Gülzar Fəttahi çıxış edərək, məktəbin pedaqoji kollektivinin şəhərin ictimai- siyasi həyatında, kütləvi tədbirlərdə, müxtəlif yarışlarda yüksək fəallıq göstərdiyini, müəllimlərin şagirdlərlə, həm də valideynlərlə düzgün və səmərəli iş qurduqlarını bildiriblər.

Çıxış edən YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev Yeni Azərbaycan Partiyasının qazandığı uğur və nailiyyətlərindən söz açaraq bu partiyanın yaradılmasının ümummilli liderimiz Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən biri olduğunu bildirib. Partiyanın sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimiz getdikcə yeniləşir, dövlətimiz qüdrətlənir. O cümlədən şəhərimizdə gedən köklü dəyişikliklər də buna sübutdur. Prezident cənab İlham Əliyevin sərəncamı ilə şəhərimizə rəhbər təyin olunan Elmar Vəliyevin səyi ilə hazırda Gəncə özünün intibah dövrünü yaşayır.

Sonda partiya sıralarına yeni qəbul olunanlara təntənəli surətdə partiya vəsiqələri təqdim olunub, xatirə şəkli çəkilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm