Qırmızı.az
Ramil Usubov AŞ PA həmməruzəçilərini qəbul edib
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 19-da Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, nazir ölkəmizdə insan hüquqlarının müdafiəsi
üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin tam yerinə
yetirilməsi məqsədilə DİN-də xüsusi tədbirlər planlarının
hazırlanaraq icraya yönəldiyini xatırladıb.
Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar
əməkdaşlıq əlaqələrinin yaradılmasından danışan R.Usubov qeyd edib
ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin
olunması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər
xüsusi əhəmiyyət daşıyır. Avropanın qabaqcıl ölkələrindən olan
ekspertlərin yaxından iştirakı ilə respublikamızda polis
fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən, demokratik dəyərlərə
söykənən bir sıra normativ aktlar və yeni qanunlar qəbul edilib,
insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ön plana
çəkilib.
Bununla yanaşı, "Polis etikası haqqında Avropa Məcəlləsi"ndə təsbit
olunmuş prinsiplər və Avropa Şurasının ekspertlərinin fəal iştirakı
və tövsiyyələri əsasında "Daxili işlər orqanları əməkdaşlarının
etik-davranış Kodeksi" hazırlanıb. Qeyd olunub ki, daxili işlər
orqanları əməkdaşlarının peşəkarlığının daha da artırılması,
beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər
sistemli şəkildə həyata keçirilir.
Bildirilib ki, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə
qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından
yaradılmış 102 Zəng Xidməti də fəaliyyətin məhz insan meyarı kimi
ali prinsip üzərində qurulmasına, eyni zamanda, ərazi polis
orqanlarına daxil olan siqnallara çevik reaksiya verilməsinə, bu
prosesə mərkəzləşdirilmiş nəzarətin həyata keçirilməsinə xidmət
edir. Bununla bərabər, əhalinin təhlükəsizliyinin qorunması, hüquq
qaydasına riayət edilməsinə videonəzarətin həyata keçirilməsi,
fasiləsiz və canlı izlənilməsi, fövqəladə vəziyyətlərə çevik
reaksiya verilməsi funksiyalarının yerinə yetirilməsi məqsədilə
Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Sistemi də yaradılıb.
Nazirlikdə fəaliyyət göstərən "Qaynar xətt", elektron poçt ünvanı
da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan
müraciətlərin nəzarətə götürülərək operativ həllində böyük rol
oynayır.
Beynəlxalq normalara və standartlara cavab verən şəraitin
yaradılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması
məqsədilə indiyədək respublikanın 36 şəhər-rayon polis orqanlarında
yeni müvəqqəti saxlama yerlərinin inşa olunması, 47-də əsaslı təmir
işlərinin aparılması vurğulanıb. Qeyd edilib ki, son illər ərzində
ATƏT, Beynəlxalq Qızıl Xaç Komitəsi, İşgəncələrə Qarşı Azərbaycan
Komitəsi, Ombudsman Aparatı, digər dövlət və ictimai qurumlar
tərəfindən müvəqqəti saxlama yerlərində 1602 monitorinq keçirilib,
bu zaman aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün
zəruri tədbirlər həyata keçirilir.
Görüşdə daxili işlər orqanlarında gender bərabərliyinə də xüsusi
diqqət yetirildiyi, əsasən maliyyə, tibb, kadr və digər sahələrdə 2
mindən çox qadın əməkdaşın çalışdığı, məişət zorakılığı zəminində
törədilən cinayətlərə, o cümlədən korrupsiya hüquqpozmalarına qarşı
təsirli tədbirlərin görüldüyü də qonaqların nəzərinə
çatdırılıb.
Həmməruzəçilər səmimi qəbula, insan hüquq və azadlıqlarının
qorunması sahəsində görülən işlər barədə verdiyi geniş məlumata
görə R.Usubova minnətdarlıqlarını bildiriblər.
Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, daxili işlər
naziri qonaqları maraqlandıran sualları ətraflı cavablandırıb.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi