Oyunda uduzan qızı soyundurdular
Bizi izləyin

Qırmızı.az

Oyunda uduzan qızı soyundurdular

İstanbulda gənclərin evdə başlayan əyləncəsi polis mərkəzində başa çatıb.

İstanbulun Kartal rayonunda 3 gənc şantaj etmək iddiası ilə həbs edilib.


Ötən həftə oğlan dostlarının olduğu evə gedən 16 yaşlı qız, dostları ilə deyib-güldükdən sonra oğlanlarla birlikdə "butulka" çevirmə oyunu oynamağa başlayıb.


Oyunda növbə qıza gəlib çatıb. Şüşəni çevirdikdən sonra ondan "doğruluq", yoxsa "cəsarət" variantlarından birini seçməsini istəyiblər. Qız isə "cəsarət" cavabını verib. Oğlan dostları isə qıza cəsarət cavabını seçdiyi üçün üzərindəki bütün paltarları çıxarmağı tələb ediblər. Qız da oyunun şərtlərinə əsasən, paltarlarını çıxarıb. Bu vaxt otaqdakı oğlanlardan biri qızın şəkillərini çəkərək "WhatsApp"-la paylaşmağa başlayıb.


Qız onun bu hərəkətindən əsəbiləşərək onlarla dava edib. Məsələ o yerə çatıb ki, qız onları polisə şikayət etməli olub. Qız polisə verdiyi izahatda şəkilləri vasitəsilə şantaj edildiyini bildirib.


Polis tərəfindən saxlanılan oğlanlar isə Kartal Anadolu məhkəməsinə göndərilib. Ağır cinayətlərə dair məhkəmədə çıxarılan qərara əsasən, yaşı 18-dən az olan oğlanlar "şantaj" ittihamı ilə həbs olunaraq, Maltəpə Uşaq həbsxanasına göndərilib./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm