Vəkil olmaq istəyənlərlə müsahibə aparılır
Bizi izləyin

Qırmızı.az

Vəkil olmaq istəyənlərlə müsahibə aparılır

Vəkilliyə qəbul imtahanlarında uğur qazanmış hüquqşünaslarla müsahibə (söhbət) davam edir.

Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov publika.az-a bildirib ki, aprelin 14-dən başlayan müsahibədə 148 nəfər iştirak edib. Onlardan 117-i nəfəri müsahibədə uğur qazanıb, 31 nəfəri isə müsahibədən kənarlaşdırılıb.

Həftənin 3 günü keçirilən müsahibəyə daha 65 nəfər namizəd cəlb olunacaq.

Xatırladaq ki, vəkilliyə qəbul üçün keçirilən imtahanlarda 213 namizəd 60 və daha çox bal toplayaraq müsabiqənin ikinci mərhələsində iştirak etmək imkanı qazanıb.

Nəcəfov deyib ki, sonda müsabiqədən keçən hüquqşünaslar Ədliyyə Akademiyasında 1 aylıq icbari təlim keçəcək. Bundan sonra onlar and içərək Vəkillər Kollegiyasına qəbul olunacaqlar.

Müsabiqənin söhbət mərhələsi Vəkillər Kollegiyası tərəfindən aparılır. Hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Şifahi müsahibə zamanı namizədlərə hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən, o cümlədən hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilir.

Namizədin cavabları "məqbul" və ya "qeyri-məqbul" kimi qiymətləndirilir. Şifahi müsahibənin nəticələri sonuncu namizədlə müsahibə başa çatdıqdan sonra dərhal elan edilir.

Hazırda Azərbaycanda 800-ə yaxın vəkil var.

publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm