Niderlandda keçirilən seçkidə azərbaycanlı xanım qalib gəlib
Bizi izləyin

Qırmızı.az

Niderlandda keçirilən seçkidə azərbaycanlı xanım qalib gəlib

Niderlandda keçirilən seçkidə azərbaycanlı xanım qalib gəlib

Azərbaycanlı tələbə Mədinə Həşimova Niderland Krallığının Hanzehogesçool Universitetinin tələbələri arasında keçirilən seçkidə qalib gəlib.

Bu haqda Hanzehogesçool Universitetinin Hüquq fakültəsinin 3-cü kurs tələbəsi olan M.Həşimova özü məlumat verib. Qeyd edək ki, bu seçkilərin əsas məqsədi fəal, savadlı tələbələri axtarıb tapmaq, gələcəkdə Niderland siyasətinə hazırlamaqdır.

M. Həşimova seçki haqda təəssüratlarını belə bildirib: “Bizim universitetdə tələbələr öz aralarında siyasi partiyalara bənzər təşkilatlar yaradırlar. Öz proqramlarımızı hazırlayıb seçkiqabağı tələbələrə paylamışdıq. Seçki kampaniyası mayın 6-dan 19-a kimi davam etdi.

Seçki internet üzərindən aparıldı. 9 yer uğurunda gedən mübarizədə 8-nin qalibi biz olduq”. Nəzərə çatdıraq ki, seçkidə 1-ci sırada ən çox səs toplayan M. Həşimli olub.

O deyib ki, bundan sonra bir sıra işlər görəcəklər: “Rektorluqla əlaqə yaradıb, tələbələrin problemlərini həll edəcəyik. Eyni zamanda parlamentdə iştirak edib, qanun dəyişməsində və hazırlanmasında məsləhətlər alıb, dinləmələrə qatılacağıq”. M. Həşimova bu uğurunun Azərbaycanın Niderlandda tanınmasına da böyük köməkliyi olacağını vurğulayıb: “Biz azərbaycanlı olaraq hər bir milli məsələmizdə maksimum dərəcədə Azərbaycan üçün əlimizdən gələni edəcəyik. Mənim azərbaycanlı olmağımı təşkilat üzvləri, eləcə də universitet rəhbərliyi bilirlər. Bu da gələcəkdə siyasətlə məşğul olacaq tələbələrin Azərbaycan haqqında məlumatlı olması, Azərbaycanın daha çox dostlarının olması deməkdir. Bu həm də Niderlandla Azərbaycan arasında dostluğun artması, haqq səsimizin avropalılara çatdırılması deməkdir”.

Xatırladaq ki, M.Həşimova “Hollandiyada Azərbaycan Evi" təşkilatının sədri Elxan Mirhəşimlinin qızıdır.

Elnur Eltürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm