“Azərsu”dan Daxili Qoşunlara qarşı 46 minlik iddia
Bizi izləyin

Qırmızı.az

“Azərsu”dan Daxili Qoşunlara qarşı 46 minlik iddia

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsini məhkəməyə verib.

“Qafqazinfo”nun məlumatına görə, ASC baş idarədən 38 822 manat məbləğində əsas borc, 6987 manat məbləğində peniya və 20 manat dövlət rüsumu üzrə xərclərin, cəmi 46 min manata yaxın məbləğdə borcun tutulmasını məhkəmədən xahiş edib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm