
Əməkdar incəsənət xadimi, balacaların sevimlisi Oqtay Zülfüqarov Milli.Az-a açıqlamasında belə deyib.
O, qanının zəhərləndiyini söyləyib: “Böyrəklərimin heç biri öz
fəaliyyətini görə bilmədiyi üçün qanım zəhərlənib. Bu səbəbdən
artıq bir neçə dəfədir ki, qanımı təmizlətmək üçün "Semaşko"ya
getmişəm”.
Əməkdar incəsənət xadimi əməliyyata getməyəcəyini deyir: “Əməliyyat
eləmək fikrim yoxdur. Artıq çox qocayam, 85 yaşım var. Bu yaşda
əməliyyat nəyimə lazımdır? Harada qaldım, orada da qırılacaq”.