Polis Ziya Məmmədovun qardaşı oğlunu dindirib
Bizi izləyin

Qırmızı.az

Polis Ziya Məmmədovun qardaşı oğlunu dindirib

Nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov mayın 21-də səhər Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılıb.

Nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov mayın 21-də səhər Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılıb.

Bu barədə məlumatı "Virtualaz.org" saytı hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən yayıb. Saytın xəbərinə görə, DİN əməkdaşları Aynar Məmmədovu “Yeni Müsavat” qəzetinin müxbiri Fərahim İlqaroğluna hücum edilməsi məsələsi ilə bağlı dindirərərk sorğu-sual ediblər.

Qeyd edək ki, jurnalistin döyülməsində şübhəli bilinən idmançı Tural Bayramov artıq həbs edilib. Lakin “Yeni Müsavat” qəzetinin Baş redaktoru Rauf Arifoğlu hesab edir ki, jurnalistə sui-qəsdi məhz Ziya Məmmədovun qardaşı oğlu sifariş edib. Baş redaktor bunu görüşü zamanı Daxili İşlər naziri Ramil Usubovun da nəzərinə çatdırdığını mediaya bildirmişdi.

Xatırladaq ki, “Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlu aprelin 25-də naməlum şəxslərin hücumuna məruz qalıb. Jurnalist yaşadığı binanın blokundan çıxarkən vəhşicəsinə döyülmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm