Jurnalistin bank hesabına həbs qoyuldu
Bizi izləyin

Qırmızı.az

Jurnalistin bank hesabına həbs qoyuldu

Araşdırmaçı jurnalist Aynur İmranovanın Beynəlxalq Bankdakı hesablarına həbs qoyulub. Bu barədə Aynur İmranovanın özü məlumat verib. "Banka getmişdim, hesabımda pul var idi çıxarmaq istəyirdim. Lakin mənə dedilər ki, Həsimi Rayon Məhkəməsinin qərarı ilə h

Araşdırmaçı jurnalist Aynur İmranovanın Beynəlxalq Bankdakı hesablarına həbs qoyulub. Bu barədə Aynur İmranovanın özü məlumat verib. "Banka getmişdim, hesabımda pul var idi çıxarmaq istəyirdim. Lakin mənə dedilər ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hesabına həbs qoyulub. Mənim bu qərardan xəbərim yoxdur, bilmirəm nə məsələdir", deyə Aynur İmranova bildirib.

Daha sonra məlum olub ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində bir sıra yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətində aşkar olunmuş qanun pozuntuları faktı üzrə Cinayət Məcəlləsinin 308.1(vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb. Həmin cinayət işi üzrə Danimarka Krallığının "İnternational Media Support" təşkilatından Aynur İmranovanın hesabına 1683 avro məbləğində pul köçürülüb. Bu pul cinayət işinin predmeti olduğuna görə Aynur İmranovanın hesabına həbs qoyulub.

Nəsimi Rayon Məhkəməsi baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun vəsatəti əsasında bu qərarı çıxarıb. Məhkəmə qapalı keçirilib. /aznews.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm