Qırmızı.az
Ceyms Uorlik: "Prezidentləri bir araya gətirəcəyik"
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirməyin yolunu tapacaqlarına ümid edir.
Ceyms Uorlik həmsədrlərin regiona növbəti səfəri ilə bağlı
Trend-in sualına cavabında deyib ki, həmsədrlərin yaxın zamanda bu
səyləri davam etdirmək üçün hər iki prezidenti bir araya gətirməyin
yolunu tapa biləcəyinə ümid edir: "Sülh prosesinin uğuru və ya
uğursuzluğu tərəflərin siyasi iradəsindən asılıdır. Mən danışıqlar
masasına yeni ideyalar gətirmək və tərəflərə sülh sazişi üzrə real
danışıqlara yol tapmaqda kömək etmək üçün rusiyalı və fransalı
həmkarlarımla işləmək istəyirəm".
C.Uorlik bildirib ki, tezliklə danışıqların mahiyyəti üzərində
işləmək üçün Azərbaycan rəhbərliyi ilə ya regionda, ya da başqa bir
yerdə görüşməyi səbrsizliklə gözləyir.
Onun sözlərinə görə, həmsədrlərin regiona son səfərinin əsas
məqsədi Kəlbəcərə, Laçına, ümumiyyətlə, Dağlıq Qarabağa baş çəkmək
idi.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov
(Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ), ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və ATƏT-in Minsk
qrupunun Fransa tərəfindən yeni təyin edilmiş yeni həmsədri Pyer
Andryu mayın 16-19-da regionda səfərdə olublar. Həmsədrlər səfər
zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə
ediblər. Həmsədrlərin səfərinin əsas məqsədi mandatlarına uyğun
olaraq, Dağlıq Qarabağda, Kəlbəcər və Laçın rayonlarındakı
vəziyyətlə tanış olmaq olub.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi