Əfv komissiyası müraciətləri Prezidentə təqdim etdi
Bizi izləyin

Qırmızı.az

Əfv komissiyası müraciətləri Prezidentə təqdim etdi

“Komissiya artıq öz işini bitirib və müraciətlər cənab Prezidentə təqdim olunub”.

Bu sözləri Axar.az-a Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Millət vəkili Azay Quliyev mayın 28-də gözlənilən əfv sərəncamı ilə bağlı açıqlama verərkən bildirdi.

Onun sözlərinə görə, komissiya artıq bütün müraciətlərə baxıb: “Komissiya artıq öz işini bitirib və müraciətlər cənab Prezidentə təqdim olunub”.

Millət vəkili bundan sonrakı proseslərin Prezidentin səlahiyyətlərinə daxil olduğunu bildirdi: “Mən deyə bilmərəm sərəncam nə vaxt veriləcək. Bu, Prezidentin səlahiyyətlərinə aiddir. Onu deyə bilərəm ki, bütün müraciətlərə baxılıb və bundan sonra hər şey cənab Prezidentdən asılıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm