Sumqayıtda qəza: 1 ölü, 1 yaralı
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda qəza: 1 ölü, 1 yaralı

Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsinin ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə mayın 29-da, gecə saat 01 radələrində qeydə alınıb.

Hadisə zamanı Gədəbəy rayon sakini Ruslan Həsənovun idarə etdiyi “Shachman” və Mingəçevir şəhər sakini Gündüz Ağayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Ç.Ağayev və sərnişini, həmyerlisi Anar Qasımov xəstəxanaya yerləşdirilib. Anar Qasımov orada dünyasını dəyişib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm