Cəbhənin Tərtər istiqamətində də gərginlik yaşanır
Bizi izləyin

Qırmızı.az

Cəbhənin Tərtər istiqamətində də gərginlik yaşanır

Ermənistan silahlı qüvvələri bu gün Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar.

Ermənistan silahlı qüvvələri bu gün Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar.

Kənd sakinlərinin verdikləri məlumata görə, düşmən Qapanlını 15 dəqiqə atəş altında saxlayıb.

Xoşbəxtlikdən sakinlər arasında xəsarət alan olmayıb. Hazırda bölgədə sakitlik hökm sürür.

Qeyd edək ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Göyarx, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyindən bildiriblər ki, sutka ərzində atəşkəs rejimi ümumilikdə 46 dəfə pozulub./Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm