Qırmızı.az
Azərbaycan Rusiya ilə investisiya sazişi imzalayacaq
Azərbaycan və Rusiya arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş layihəsi hazırdır və ən yaxın vaxtda imzalanacaq. Publika.az-ın məlumatına görə, bu barədə Bakıda jurnalistlərə RF-nin iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.
O qeyd edib ki, sənəd layihəsi hazırdır və iyunun sonunadək yenidən işlənəcək: "Artıq iyulda imzalanma baş tuta bilər".
A. Ulyukayevin sözlərinə görə, tərəflər bu sazişə qədər uzun məsafə qət ediblər: "İşlər bir neçə il ərzində aparılıb, tərəflər məktublaşıblar, lakin proses ləng gedib. Azərbaycanlı həmkarımla görüş zamanı biz bütün mübahisəli məsələləri aradan qaldırdıq. Sadəcə, oturub danışmaq lazım idi. Əminəm ki, bu sazişin imzalanması əmtəə dövriyyəsini və qarşılıqlı investisiyaların həcmini artıracaq".
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ