Keçidi uçuran sürücü 2 il həbs edilə bilər
Bizi izləyin

Qırmızı.az

Keçidi uçuran sürücü 2 il həbs edilə bilər

Keçidi uçuran sürücü 2 il həbs edilə bilər.

Səbail rayonu Şıx çimərliyi ərazisində uçan keçidlə bağlı cinayət işi açılıb. Bu barədə Publika.az-a işi araşdıran Səbail Rayon Polis İdarəsinin müstəntiqi Qüdrət Əliyev məlumat verib. Onun sözlərinə görə, hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi açılıb.

Həmin maddənin tələbinə görə, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, iyunun 2-də axşam saat 18:40 radələrində Səbail rayonu ərazisində, Bakı-Salyan şosesində "MAZ" markalı yükqaldırıcı kranın yerüstü piyada keçidinə dəyməsi nəticəsində keçid uçub və əks istiqamətdə hərəkətdə olan "Mercedes" markalı yük avtomobilinin sürücüsü, Bakı şəhər sakini İlkin Həsən oğlu Hüseynov yaralanıb. Yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Hadisə nəticəsində isə Bakı-Salyan yolu bağlanıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm