Azərbaycanda uşaqlara Atatürk adı qoymaq yasaqdır
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda uşaqlara Atatürk adı qoymaq yasaqdır

2014-cü ildə Bakı şəhərində bir neçə dəfə yeni doğulan uşağa valideynlər tərəfindən Atatürk adı vermək istəsələr də, yerli Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı idarələri (VVADQİ) buna icazə verməyib.


Bu barədə Modern.az saytına Nazirlər Kabineti yanında Terminologiya Komissiyasından məlumat verilib.

Buna səbəb kimi Türkiyə hökuməti tərəfindən bir müddət öncə Azərbaycana edilən müraciət əsas gətirilib. Həmin müraciətdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün tarixi şəxsiyyət olması səbəbindən ona hörmət əlaməti olaraq bu adın yeni doğulanlara verilməməsi xahiş olunub.


Ədliyyə Nazirliyindən Modern.az-a bildirilib ki, son 5 ildə Azərbaycanda cəmi 5 uşağa Atatürk adı verilib ki, bunlar da Türkiyə tərəfinin müraciətindən öncə baş verib. Belə ki, 2010-cu ildə 3, 2011-ci ildə 1 və 2013-cü ildə 1 uşağa Atatürk adı verilib.


2014-cü ildə bununla bağlı 5 müraciətə mənfi cavab verilib.


Maraqlıdır, bəs yaxın tarixdə Azərbaycana rəhbərlik etmiş dövlət başçılarının son illər adı neçə uşağa verilib?


Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 359 uşağa Heydər, 340 uşağa isə Əbülfəz adı verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm