İşəgötürənlər cərimələndilər
Bizi izləyin

Qırmızı.az

İşəgötürənlər cərimələndilər

Bu ilin may ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 1 857 fakt aşkar edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, aşkar olunmuş hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyəti işəgötürənlərə müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Tətbiq olunmuş cərimələr üzrə son bir ay ərzində dövlət büdcəsinə ödənilən məbləğ müqayisə olunan dövrə nisbətən 95 dəfədən də çox artaraq 148 124 manat təşkil edib.


Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi vətəndaşların əməyinin mühafizəsi ilə bağlı işəgötürənlərdə məsuliyyət hissinin artırılmasına xidmət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm