Ağır yol qəzası: "Jiquli" "ZİL"-in altına girdi
Bizi izləyin

Qırmızı.az

Ağır yol qəzası: "Jiquli" "ZİL"-in altına girdi

Bu gecə Lənkəranda ağır yol qəzası baş verib.

Bu gecə Lənkəranda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının 203 km-də, Şilavar kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonunun Darquba kənd sakini, 42 yaşlı Eyvaz Yusubov idarə etdiyi ağır tonajlı “ZİL” markalı avtomaşın əsas yola çıxarkən sağdan gələn, 28 yaşlı Asif Tağıyevin idarə etdiyi “VAZ – 2107 ilə toqquşub. Qəza nəticəsində “VAZ - 2107” - nin sürücüsü və avtomaşında olan sərnişin - rayonun Şağlaküçə kənd sakini 43 yaşlı Sənan Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib.

İlkin versiya kimi qəzanın baş verməsinə səbəb “ZİL” markalı avtomaşının sağdan gələn nəqliyyat vasitəsinin qarşısına keçməsi göstərilir.

Qəzanın baş verməsinin dəqiq səbəbləri avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm