Hərbçilərimiz qəzaya düşdü
Bizi izləyin

Qırmızı.az

Hərbçilərimiz qəzaya düşdü

Goranboy rayonu ərazisində hərbçilər qəzaya düşüb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Xəzər Həsənovun idarə etdiyi “BMW” markalı avtomobili yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində sərnişin Əsgər Əliyev müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Nazirlikdən bildirilib ki, qəza nəticəsində xəsarət alan, müddətdən artıq xidmət edən hərbi qulluqçu Əsgər Əliyevin xəsarəti yüngül olduğundan ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qəzanı törədən sürücü isə xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm