Zakir Həsənov haqda yalan yayan casus deşifrə oldu
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov haqda yalan yayan casus deşifrə oldu

“Zakir Həsənovun istefa ərizəsi haqqında məlumatın kimlər tərəfindən dövriyyəyə buraxılması artıq bizim tərəfimizdən müəyyən olunub”.

Bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərov Zakir Həsənovun istefa ərizəsi yazması haqqında yayılan informasiyanı şərh edərkən deyib. O, belə məlumatın naziri gözdən salmaq üçün yayıldığını bildirib:

“Zakir Həsənovun istefa ərizəsi yazması barədə yalan məlumatın kimlər tərəfindən dövriyyəyə buraxıldığını artıq müəyyən etmişik. Bu, nazirin Baş Qərargah rəisi ilə söhbətinin mərkəzində dayanan polkovnik Elxan Məcidovdur. O, Baş Qərargahda idarələrdən birinin rəisi vəzifəsini icra edir. Zakir Həsənov artıq Elxan Məcidovla bağlı ölçü götürülməsi üçün Baş Qərargah rəisinə tapşırıq verib. Əvəzində isə E.Məcidov Zakir Həsənovu gözdən salmaq üçün bu məlumatı dövriyyəyə buraxıb. Məsələnin məğzi budur. Elxan Məcidovun “Mitsubişi Pajero” markalı şəxsi avtomobilinə bağladığı “003” nömrəsinin də açılması ilə bağlı Müdafiə Nazirliyinin rəhbərliyindən göstəriş gəlib. Çünki Elxan Məcidov özünə çox arxayındır. Müəyyən maraqlar müqabilində o, istədiyi zabiti seçdiyi yerə təyin edir. İlk aylarda bu, daha biabırçı şəkil almışdı. Amma artıq Zakir Həsənova bununla bağlı məlumat verilib. Ona görə də həmin şəxsin vəziyyəti çətinləşib. Nəcməddin Sadıqov onunla bağlı yaxın zamanlarda ciddi ölçü götürəcək. Dünənki məlumatdan sonra isə Müdafiə Nazirliyinin rəhbərliyi ən sərt üzünü göstərəcək. Yaxın günlərdə onun nəticəsini görəcəksiniz”.

Qeyd edək ki, dünən “Musavat.com” saytında Zakir Həsənovun Prezidentə vəzifəsindən istefa verməsi ilə bağlı ərizə verdiyi barədə informasiya yayılmışdı. Müdafiə Nazirliyinin Mətbuat Xidməti isə yayılan informasiyanın heç bir həqiqəti əks etdirmədiyini rəsmi şəkildə bəyan etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm