Qırmızı.az
Yemək qazanından telefon çıxdı
2 saylı cəzaçəkmə müəssisəsinə 6 ədəd mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətdən Publika.az-a verilən məlumata görə, PX əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3; 331.2; 331.3; 125; 150.2.5; 338.1; 341.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Anar Rəhim oğlu Məmmədovun yanına qısamüddətli görüşə gəlmiş dostu Məhəmməd İsmayıl oğlu İsmayılovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.
Baxış zamanı yeməklə dolu qazanın dibində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 2 (iki) ədəd "Nokia-1280" markalı, 1 (bir) ədəd "Nokia X6" markalı, 1 (bir) ədəd "TMT-T-M3" markalı, 1 (bir) ədəd "Nokia C2-01" markalı və 1 (bir) ədəd "Nokia-E6" markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO