Qırmızı.az
“Aqrolizinq”lə bağlı daha bir korrupsiya
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki regional logistik bazasının vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Publika.az-a Baş Prokurorluqdan daxil olan məlumata görə, istintaq zamanı Şəki regional logistik bazasının müdiri Cabbar Qaffarovun qulluq mövqeyindən sui-istifadə edib dövlət büdcəsinin vəsaiti hesabına alınan 109 min 500 manat dəyərində mineral gübrələrin qanunsuz olaraq ayrı-ayrı şəxslərə güzəştli şərtlərlə satışını həyata keçirərək “Aqrolizinq” ASC-nin hüquq və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında, eyni zamanda bazanın anbardarı Seymur Ənnağıyevlə əlbir olub mineral gübrələri hüquqi və fiziki şəxslərə sataraq əldə olunmuş 12 min 800 manat məbləğində külli miqdarda özgə əmlakını mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan Cabbar Qaffarova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Seymur Ənnağıyevə isə həmin məcəllənin 179.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilib.
İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?