Qırmızı.az
Bu çimərliklər təhlükəlidir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini aparır.
ETSN-in mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici
qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin
nəticələrinə görə, 2007-ci illə müqayisədə mikrobioloji baxımdan
çirklənmənin qarşısı alınıb.
Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə
axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici
qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan
çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son illər ərzində
qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen
bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarı minimum həddə
çatıb.
Aparılan tədqiqatların nəticələrinə görə Novxanı, Pirşağı,
Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan və Hövsan
çimərliklərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.
Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu
kimi (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil
qəsəbəsinin çimərlik ərazilərində) bu il də mikrobioloji baxımdan
çirklənmə qeydə alınmışdır. Bu ərazilərdə böyük həcmlə axıdılan
tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən
və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən
ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen
E.coli-nin miqdarı normadan artıq müəyyən edilmışdir.
Qeyd edək ki, Abşeron yarımadasının sahil zolağında modul tipli
təmizləyici qurğular quraşdırılmadan əvvəl dənizdən götürülən su
nümunələri üzərində aparılmış təhlillər zamanı mikrobioloji
baxımdan bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin
miqdarı normadan dəfələrlə artıq təyin edilmişdir. Lakin ETSN
tərəfindən modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra
həmin ərazilərdə mütəmadi keçirilən monitorinqlər nəticəsində
çirklilik dərəcəsinin tədricən azalması qeydə alınmışdır.
2014-cü ilin may ayında Xəzər dənizinin sahilində təmizləyici
qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərlik
sahələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika
Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən
monitorinq zamanı dənizdən götürülən su nümunələri üzərində
aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə
bağırsaq çöplərinin və şərti patogen E.coli-nin miqdarının minimum
həddə çatmasını təsdiq edir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ekologiya və
Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli təmizləyici
qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son
tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan
qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Qaradağ
rayonu Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx"
çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi
istifadəyə yararlıdır.
Qeyd edək ki, Azərbaycan Prezidenti tərəfindən imzalanmış 2007-ci
il 20 iyun tarixli 2244 №-li "Xəzər dənizinin çirklənmədən
qorunması üzrə bəzi tədbirlər haqqında" Sərəncama əsasən Ekologiya
və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının kanalizasiya
şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin
sahil zolağında və "Amburan" çimərliyi ərazisində, eləcə də Novxanı
və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara
cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu
quraşdırıb və Azərbaycan Xəzəryanı dövlətlər arasında dənizin və
onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər
həyata keçirən yeganə ölkədir.
Gülxar
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi