Qırmızı.az
(R) UNİBANK-ın kredit kartları uduşludur
Unibank kredit kartı olanlar çox şanslıdırlar, çünki onlar müxtəlif pul uduşlu lotereyanın qalibi ola bilərlər. Artıq ilk qazananlar bəllidir. Bankın 183 müştərisi “Kredit kartınızla əməliyyat edin və qazanın” lotereyasının birinci tirajının qalibi olub. Mayın 3-dən avqustun 31-dək davam edən, 54.000 AZN uduş fondlu və 4 tirajlı lotereya çərçivəsində ümumilikdə Unibank-ın 732 müştərisi pul mükafatı qazanacaq. Lotereyanın şərtlərinə əsasən, Unibank-ın kredit kartı ilə Azərbaycan və xarici ölkələrdə nağd və ya nağdsız əməliyyat edən müştəriləri, lotereyanın iştirakçılarıdır. Hər tirajın nəticələrinə görə, 150 nəfər 50 AZN, 30 qalib 100 AZN, 3 nəfər isə 1000 AZN pul mükafatı qazanacaq.
Lotereyada tirajın keçirildiyi aydan əvvəlki ayda bağlanan və bütün aktiv kredit kartları iştirak edir. Müştərinin kredit kartı ilə həyata keçirdiyi əməliyyatın hər tam 10 AZN/USD-si 1 şans kimi qiymətləndirilir. Məsələn, müştəri kredit kartı ilə 127 AZN və ya 127 USD əməliyyat edərsə, bu zaman müştəri lotereyada iştirak üçün 12 şans əldə edir. Qaliblər komissiya tərəfindən xüsusi kompüter proqramı vasitəsi ilə elektron püşkatma qaydasında həyata keçirilir.
Hər bir lotereya iştirakçısının öz eyniləşdirmə nömrəsi olacaq.
Lotereyanın ilk tirajının qalibləri bankın rəsmi saytında (http://unibank.az/az/about-bank/news/263/ ) yerləşdirilib və “Yeni Azərbaycan” qəzetinin dünənki nömrəsində dərc edilib.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi