Şəhid zabitimizin fotoları yayıldı - Fotolar
Bizi izləyin

Qırmızı.az

Şəhid zabitimizin fotoları yayıldı - Fotolar

Dünən şəhid olan kapitan Elnur Cəfərovun sosial şəbəkədə yeni fotoları yayımlanıb.

"Qafqazinfo" xəbər verir ki, fotoları jurnalist Məhəmmədəli Qəribli paylaşıb. Şəhid zabitimiz hələ ki, dəfn olunmayıb.

Qeyd edək ki, dünən Elnur Cəfərov Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kapitan ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

O, 1978-ci ildə doğulub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılıb. Bu müddət ərzində onun rütbəsi iki dəfə kiçildilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm