• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Birinci xanıma böyük mükafat

Birinci xanıma böyük mükafat

Yunanıstanın Afina şəhərində Beynəlxalq Olimpiya Akademiyasının təşkil etdiyi Gənc İştirakçıların 54-cü Beynəlxalq Sessiyasında Beynəlxalq Olimpiya Akademiyası ilə Azərbaycan arasında əməkdaşlığa və Azərbaycan gənclərinin Olimpiya təhsilinə böyük töhfə vermiş Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Beynəlxalq Olimpiya Akademiyasının “OLİMPİYA” fəxri mükafatı təqdim edilib.

“Qafqazinfo” xəbər verir ki, Fəxri mükafat Təhsil və Olimpiya Hərəkatına və Beynəlxalq Olimpiya Akademiyasının işinə töhfə vermiş görkəmli şəxslərə təqdim olunur. Məlumat üçün bildirək ki, Azərbaycan ilə Beynəlxalq Olimpiya Akademiyası arasında sıx əməkdaşlıq mövcuddur. Akademiyanın prezidenti İsidoros Kuvelos və direktoru Dionisis Qanqas ilə 2013-cü ildə Gənclər və İdman Nazirliyində keçirilmiş görüş zamanı Beynəlxalq Olimpiya Akademiyasının professor və müəllimlərinin Azərbaycanın müvafiq ali təhsil müəssisələrində, bir sıra idman təşkilatlarında Olimpiya təhsili mövzusunda mühazirələrlə çıxış etmələri, azərbaycanlı tələbələrin həmin akademiyada təhsil alması, Azərbaycanda yüksək elmi nəticələr əldə etmiş tələbə-gənclərin Beynəlxalq Olimpiya Akademiyasına təcrübə məqsədi ilə səfərlərinin təşkili, beynəlxalq idman tədbirlərində çalışan könüllülər və idman jurnalistləri üçün qısamüddətli kursların təşkili və digər məsələlərlə bağlı əməkdaşlığa dair razılıq əldə edilib. 11-25 iyun 2013-cü il tarixdə Yunanıstanda Beynəlxalq Olimpiya Akademiyası tərəfindən təşkil edilmiş Gənc iştirakçıların 53-cü sessiyasında Azərbaycandan 6 nəfər iştirak edib. 02-13 avqust 2013-cü il tarixdə Akademiyada Azərbaycandan 40 gənc məşqçi-müəllimlər, idman jurnalistləri, fəal gənclər və könüllülər üçün Olimpiya Yay Məktəbi təşkil edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR