"Mavi"lər Yasamal sakinlərinin gününü göy əsgiyə büküb
Bizi izləyin

Qırmızı.az

"Mavi"lər Yasamal sakinlərinin gününü göy əsgiyə büküb

Yasamal rayonu 3168-ci məhəllə, Moskva prospekti 73A binasının sakinləri Prezident Administrasiyasına və Yasamal rayon İcra Hakimiyyətinə müraciət ediblər. Sakinlər müraciətlərində bildirirlər ki, yay mövsümünün gəlişi ilə əlaqədar cinsi azlıqlar hər gecə onların yaşadığı ərazidə cəm olurlar:

“Onlar Alatava qəsəbəsi istiqamətindən başlayaraq metronun “20 yanvar” stansiyası istiqamətinə qədər toplaşaraq pulla cinsi əlaqə təklif edirlər. Təkliflərini də ərazidə gerçəkləşdirirlər. Şəxsi avtomobili olan homoseksuallar isə “xidmət”lərini avtomobildə həyata keçirirlər. Deyim ki, onlara görə, yaşadığımız əraziyə müştərilər cəm olurlar. Nəticədə yaşadığımız ərazidə sərbəst hərəkət edə bilmirik. Uşaqlar, qadınlar narahatlıq içindədirlər. İctimai əxlaqsızlıqdan gecələr yaşadığımız ərazidə hərəkət edə bilmirik”.

Müraciətdə qeyd olunur ki, sakinlər və ziyalılar narahatdırlar: “Biz mənəvi dəyərlərimizi əsas tutaraq sizdən xahiş edirik ki, tədbir görülsün. İnsanlar rahat yaşadığı ərazidə hərəkət etsin. Xahiş edirik, tabeliyinizdə olan polis orqanlarına ərazini daimi nəzəarətdə saxlaması üçün tapşırıq verəsiniz”.

Qeyd edək ki, PA-ya və RİH-ə ünvanlanan müraciətə bina sakinləri imza atıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm