Qurban Yetirmişli: "Hazırda seysmik aktivlik..."
Bizi izləyin

Qırmızı.az

Qurban Yetirmişli: "Hazırda seysmik aktivlik..."

Qurban Yetirmişli: "Hazırda seysmik aktivlik..."

“Azərbaycanda zəif təkanların olacağı gözlənilir”. Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

Azərbaycanda seysmik vəziyyətin sıfır səviyyəsində olduğunu xatırladan Q.Yetirmişli deyib ki, bu zona üçün zəif təkanlar var və bundan sonra olması normal haldır:

“Hazırda seysmik aktivlik sıfır səviyyəsindədir. Arada ola bilər ki, 0.5, 0.6, 1.2, 1.9 və sairə gücündə təkanlar olsun. Ancaq bütün bunların hamısı xarakterik olaraq baş verən proseslərdir. İndi aktiv təkanlar gözlənilən elə bir bölgəmiz yoxdur. Hazırda biz Rixter cədvəli üzrə 0.1 gücündə olan zəlzələni qeydə ala bilirik. Bütün bunlar isə ən müasir avadanlıqların və 35 seysmoloji stansiyaların hesabına mümkün olur. Bu avadanlıqlar yeraltı prosesləri dəqiq izləməyə imkan verir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm