Bacısını öldürüb Rusiyaya qaçan Ağdam sakini tutulub
Bizi izləyin

Qırmızı.az

Bacısını öldürüb Rusiyaya qaçan Ağdam sakini tutulub

Bacısını öldürüb Rusiyaya qaçan Ağdam sakini tutulub

Bacısını öldürərək Rusiyaya qaçan Ağdam rayon sakini tutularaq Azərbaycana gətirilib.

Ağdam rayonu Şotlanlı kənd sakini Rüstəmov Vasif Namət oğlu 2013-cü ilin fevral ayında, bacısı Rüstəmova Şəbnəm Namət qızının 2-ci dəfə ailə qurmasına etiraz edib.

Aralarında baş verən mübahisə zamanı Vasif bacısına çox saylı bıçaq zərbələri vuraraq onu qətlə yetirib. Ailə üzvüləri mərhmu dəfn etsələrdə hadisənin əsl baş verməsi səbəbini gizli saxlayıblar.

Şəbnəmin guya zəhərlənərək dünyasını dəyişməsi barədə xəbər yayıblar. Hadisəni törətdikdən sonra Namət Rüstəmov məsuliyyətdən yayınmaq məqsədi ilə qonşu Rusiya respublikasında gizlənib.

Qətl hadisəsindən bir ay sonra mərhumun qəbri açılıb və onun çox saylı bıçaq zərbələrindən öldürülməsi faktı təsdiqlənib.

Hadisə ilə bağlı Tərtər rayon polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 120.1 maddəsi ilə cinayət işi açılıb.

Başlanan fakt üzrə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Tərtər polis şöbəsi Cinayt Axtarış Bölməsinin apardığı birgə əməliyyat zamanı hadisəni törədərək qaçan Vasif Rüstəmov Rusiya respublikasının Perm şəhərində saxlanılaraq Azərbaycana gətirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm